TQDK sədri Ağstafada vətəndaşları qəbul edib

TQDK sədri Ağstafada vətəndaşları qəbul edib
# 23 oktyabr 2015 14:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Ağstafada vətəndaşları qəbul edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbulda Ağstafa, Tovuz, Qazax rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Görüşdə vətəndaşlar növbəti ildə ali təhsil müəssisələrinə qəbul qaydaları və buraxılış imtahanları, sınaq imtahanlarının sayının artırılması, habelə TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı Komissiya sədrinə müraciətlər ediblər. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da Komissiya sədri M. Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR