Bakı-APA. İndoneziyada 5,8 bal gücündə zəlzələ baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sumbava adasından 56 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.