Alman jurnalistlər “APA Holdinq”də olublar - FOTO

Alman jurnalistlər “APA Holdinq”də olublar - <span style="color: red;">FOTO
# 19 noyabr 2014 11:07 (UTC +04:00)

“Kontext TV”-nin redaktoru David Goessman və müstəqil jurnalist Birgit Vetzelin iştirak etdiyi görüşdə, holdinqin rəhbəri Vüsalə Mahirqızı rəhbərlik etdiyi media qurumu, ölkədə mətbuatın, insan haqları və demokratiyanın vəziyyəti barədə qonaqlara ətraflı məlumat verib.

Qonaqlar Azərbaycan media qurumlarının fəaliyyətini yaxından izlədiklərini, ölkəmizdə baş verən hadisələrə alman mediasında yer verdiklərini diqqətə çatdırıblar. Onlar bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsi, eləcə də son helikopter olayı ilə bağlı xəbərləri çalışdıqları media qurumlarında işıqlandırmağa çalışırlar.

"APA Holdinq"in rəhbəri V. Mahirqızı qonaqların diqqətinə çatdırıb ki, rəhbərlik etdiyi holdinqə daxil olan təsisatlar Qarabağ münaqişəsi ilə bağlı məsələni xüsusi ilə diqqətdə saxlayır. Onun sözlərinə görə, holdinqə daxil olan saytlar Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün əlindən gələni edir. V. Mahirqızı vurğulayıb ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan 20 faizdən çox torpağını itirib, 1 milyondan çox vətəndaşı doğma yurdundan didərgin düşüb: “Nədənsə dünya birliyi xüsusilə, demokratik dəyərlərdən danışan nüfuzlu beynəlxalq təşkilatlar bunu görməzdən gəlirlər. Biz istəyirik ki, dünya mətbuatı, o cümlədən Almaniya mediası obyektiv olub, beynəlxalq hüququ müdafiə etsinlər. Bu isə elə Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi deməkdir. Çünki Azərbaycan Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqdan kənar heç bir addım atmır”.

Daha sonra çıxış edən holdinqin Direktorlar Şurasının sədri Nurşən Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ toxunub. O, media quruluşu olaraq “APA Holdinq”in bu yöndə dəqiq və qərəzsiz informasiya yaydığını diqqətə çatdırıb. Eyni zamanda o, xarici jurnalistləri Azərbaycana dəvət edərək onlardan, erməni təcavüzünə məruz qalmış bir ölkənin hazırkı vəziyyətindən xüsusilə, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciklərdən və cəbhəyanı rayonlardan reportajlar hazırlamalarını istəyib.

Görüşün sonunda qonaqlar “APA Holdinq”in fəaliyyəti ilə yaxından tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR