Azərbaycanda orta aylıq əmək haqqının həcmi açıqlanıb

Azərbaycanda orta aylıq əmək haqqının həcmi açıqlanıb
# 14 aprel 2015 12:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,3% artaraq 444,5 manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmək haqqı neft sektorunda 1774,9 manat, qeyri-neft sektorunda 411,1 manat, dövlət bölməsində 346,9 manat, özəl bölmədə 581,0 manat təşkil edib.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR