Əli Həsənov: “İran işğalçı Ermənistana təzyiqi artırmalıdır”

Əli Həsənov: “İran işğalçı Ermənistana təzyiqi artırmalıdır”
# 15 aprel 2015 15:01 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Ə. Həsənov deyib ki, qonşu dövlət işğalçıya təzyiqini artırmalıdır ki, münaqişə tezliklə həll olsun: “Əgər bu problem həll olunsa, daha çox ermənilər bunun xeyrini görəcəkdilər. Münaqişə həll olunsa, ermənilər neftimizdən, qazımızdan, regional layihələrdən xeyir götürəcəkdilər. Həm də bu münaqişə xalqların münaqişəsindən daha çox böyük dövlətlərin marağının nəticəsidir. Ermənilər də bu münaqişədən yorulublar, ancaq böyük dövlətlər yorulmurlar”.

İranın nüvə məsələsində Azərbaycanın dəstəyini heç zaman unutmayacağını söyləyən İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbi bildirib ki, əvvəllər İranda nüvənin zənginləşdirilməsinə icazə verilməsə də, bu gün zənginləşdiriləcək uranın həcmi müzakirə mövzusudur. O, İranın hər zaman Azərbaycana dəstək verdiyini və bu dəstəyin davam edəcəyini qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR