Makedoniyanın paytaxtında baş vermiş iğtişaşlarda 20-dən çox insan xəsarət alıb

Makedoniyanın paytaxtında baş vermiş iğtişaşlarda 20-dən çox insan xəsarət alıb
# 02 mart 2013 21:57 (UTC +04:00)

Bakı-APA. Makedoniyanın paytaxtı Skopye şəhərində makedoniyalı və albanların törətdiyi iğtişaşlarda 13 polis əməkdaşı daxil olmaqla ən azı 22 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etnik makedoniyalılar martın 1-dən ölkə paytaxtı Skopye şəhərində etiraz aksiyaları keçirməyə başlayıb. Narazılıq müdafiə naziri postuna milliyətcə alban olan, 2001-ci ildə etnik münaqişə zamanı separatçı alban qruplaşmanın komandanı olmuş şəxsin təyin olunması ilə bağlıdır.

Aksiya martın 2-də davam edib, buna cavab olaraq bir qrup alban piket təşkil edib. Etirazlar polislə toqquşmalara gətirib çıxarıb, onlarla etirazçı həbs olunub. Albanlarla makedoniyalılar arasında toqquşmalar qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR