Azərbaycanda növbəti Ümrə ziyarətinə sənədlərin qəbulu başlayıb

Azərbaycanda növbəti Ümrə ziyarətinə sənədlərin qəbulu başlayıb
# 25 fevral 2013 11:36 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, artıq bununla bağlı sənədlərin qəbulu başlayıb.

Sənəd üçün iki ədəd foto şəkillə yanaşı, sağlamlıq haqqında arayış və şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Xatırladaq ki, bu il üçün ilk Ümrə ziyarəti yanvarın 20-25-i tarixlərində baş tutub.

Qeyd edək ki, Ümrə ziyarəti “Kiçik Həcc” adlanır və Həcc ziyarətində olduğu kimi, onu yalnız zilhiccə ayında deyil, il boyu yerinə yetirmək mümkündür. Ümrə əməlləri Həcc sayılmır. Azərbaycanda bu ziyarəti də QMİ təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR