Ermənilər Qarabağda minatəmizləmə adı altında Amerikada ianə toplayırlar

Ermənilər Qarabağda minatəmizləmə adı altında Amerikada ianə toplayırlar
# 14 noyabr 2014 09:53 (UTC +04:00)

APA-nın erməni mediasına istinadən verdiyi məlumata görə, inaə toplama kampaniyası noyabrın 19-dan 23-dək davam edəcək.

Toplanan ianələr Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərində qeyri-qanuni şəkildə minatəmizləmə fəaliyyəti ilə məşğul olan «Halo Trust» təşkilatına veriləcək.

Məlumata görə, ermənilərin topladığı vəsait hesabına Hadrut ərazisində minatəmizləmə aparılması planlaşdırılır.

Qeyd edək ki, ermənilərin minatəmizləmə əməliyyatı aparacağını göstərdikləri Dağlıq Qarabağın Hadrut rayonunun Gövşadlı kəndi isə Füzuli rayonuna aiddir və keçmiş Hadrut rayonu ilə sərhəddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR