“Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib

“Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib
# 17 iyul 2014 14:24 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9 km-də, Şirvan şəhəri ərazisində Kür çayı üzərində yeni körpünün tikintisinin son tamamlanma işləri ilə əlaqədar yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

O əlavə edib ki, qeyd edilən hissədə hərəkət iyulun 18-dən 20-nə kimi bağlı olacaq: “Sürücülərdən alternativ yoldan istifadə etmələrini tövsiyə edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR