Bakıda daha bir avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Bakıda daha bir avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq
# 16 avqust 2014 07:50 (UTC +04:00)

Bunu "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Bakı Dairəvi Avtomobil Yolunun bu hissəsində hərəkətin qismən məhdudlaşdırılması təmir işləri ilə əlaqədardır.

“Avtovağzal tərəfdən Bakı Dairəvi Avtomobil Yoluna gələndə yolun 4-cü km-dən 8-ci km-ə qədər hissəsi, yəni Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Sədərək Ticarət Mərkəzinə qədər olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq. Bilirsiniz ki, təmirlərarası müddət deyilən anlayış var. Yəni, bir neçə ildən bir, məsələn 4-5 ildən bir asfaltın sonuncu aşınma qatı götürülməli və təzədən vurulmalıdır. Bu yol da artıq 4 ildən çoxdur ki, istifadəyə verilib. Cənub-qərb istiqamətindən gələn istər minik, istərsə də, ağır yük maşınları Bakı şəhərinə daxil olmadan şimal və əks istiqamətdə hərəkət edir. Nəzərə alsaq ki, bu yolda intensiv hərəkət var. Buna görə də, təmirlərarası müddət prinsipinə uyğun olaraq Bakı Dairəvi Avtomobil Yolunda aşınma qatının götürülməsinə və yenidən vurulmasına ehtiyac var”-deyə P.Mürsəliyev əlavə edib.

Qeyd edək ki, təmir işlərinin yaxın 2 həftə ərzində başa çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR