Bakı – APA. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığın son mərhələsini İtaliya ilə yoxlama matçı ilə bitirib. Apasport.az saytının məlumatına görə, Romada baş tutan qarşılaşmalarda rəqib komandamıza 1 set belə güzəştə getməyib.
Sabah start götürəcək mundala ev sahibliyi edəcək İtaliya hər 2 görüşü 3:0 hesabı ilə xeyrinə bitirib.
Qeyd edək ki, D qrupunda yer alan komandamız artıq oyunların keçiriləcəyi Bari şəhərindədi.