Bakıda I Azərbaycan-Belarus beynəlxalq konfransı keçirilir - FOTOSESSİYA - VİDEO

Bakıda I Azərbaycan-Belarus beynəlxalq konfransı keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 oktyabr 2014 09:59 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə I Azərbaycan-Belarus beynəlxalq konfransı öz işinə başlayıb.

APA-nın məlumatına görə, konfransın məqsədinin I Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri üzrə bir il ərzində alınmış elmi nəticələri təhlil etmək, monitorinq xarakteri daşıyan müzakirələr aparmaq, birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə məsləhət və tövsiyələr vermək olduğu bildirilib.

Fondun icraçı direktoru Elçin Babayev çıxışında bildirib ki, beynəlxalq konfrans iki ölkə arasında elmi səviyyədə qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bir daha göstərir: "Belə tədbirlərin vaxtaşırı keçirilməsi nəzərdə tutulur. Müxtəlif elm sahələrini əhatə etmək, qarşıya məqsəd qoyulduğundan konfransa konkret yox, ümumi ad verilib. Oxşar konfranslar razılıq əsasında Belarusda da baş tuta bilər”.

E. Babayev onu da əlavə edib ki, 2009-cu ildə yaradılan fond beynəlxalq əlaqələri daima genişləndirib, müsabiqələrin formatını zənginləşdirib: "Fondun fəaliyyət göstərdiyi 5 il ərzində 18 müsabiqə üzrə 329 layihə qalib elan olunub. Bu layihələrin maliyyələşdirilməsinə ümumilikdə 25 milyon manata yaxın vəsait ayrılıb. İlin sonuna kimi Fond ən müxtəlif istiqamətlər üzrə daha 5 müsabiqə elan etməyi planlaşdırılır".

Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti AKif Əlizadə Azərbaycanla Belarus arasında olan münasibətlərdən danışıb. AMEA prezidenti bildirib ki, hər iki ölkənin alimləri birlikdə əməkdaşlıq etməli və öz təcrübələrini bölüşməlidirlər.

Dövlətin elmə göstərdiyi diqqətin getdikcə artdığını deyən A. Əlizadə qeyd edib ki, alimlər də bu diqqətə cavab olaraq, öz əməklərini səfərbər etməli və buna adekvat cavab verməlidirlər: "Elmin İnkişafı Fondu artıq 5 ildir fəaliyyət göstərir. Bu Fond fəaliyyət göstərdiyi vaxtdan bu günə kimi Azərbaycanda elmin inkişafında ciddi nəticələrə nail olunub”.

Daha sonra Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov da çıxış ediblər.

Qeyd edək ki, konfransdan əvvəl elmi-tədqiqat layihələrini müasir və keyfiyyətli elmi cihaz, avadanlıq, qurğu, məmulat, İKT avadanlığı və sairə ilə təmin edən bir sıra yerli və xarici şirkətlərin sərgisi təşkil olunub. Eyni zamanda bu məsələyə həsr olunmuş xüsusi sessiya da keçirilib. Həmçinin ikinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsi rəsmi olaraq elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR