“Bank VTB (Azərbaycan)”ın Bakıda daha bir filialı fəaliyyətə başlayıb

“Bank VTB (Azərbaycan)”ın  Bakıda daha bir filialı fəaliyyətə başlayıb
# 01 noyabr 2014 09:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank VTB (Azərbaycan)” müştərilərinə operativ bank xidmətləri göstərmək məqsədi ilə Bakı şəhərində daha bir filialını istifadəyə verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, paytaxtın mərkəzi prospektlərindən biri olan Azadlıq prospekti, 18 ünvanında “Bank VTB (Azərbaycan)”ın “28 May” filialı əhaliyə və iş adamlarına geniş çeşidli bank məhsulları təklif edəcək. Fiziki şəxslərə, kiçik və orta biznes sahibkarlarına əmanətlər, kreditlər, plastik kartlar, təcili pul köçürmələri, kommunal xidmətlərin ödənişi üzrə xidmət göstərəcək.

“Yeni filialımız şəhərin ən gur hissəsində, “28 May” metrosunun yaxınlığında yerləşir və müştərilərimizə keyfiyyətli bak məhsulları təklif etmək üçün bütün müasir texnologiyalarla təchiz olunub. Digər filiallarda olduğu kimi, yeni filialımızda da istər əhaliyə, istərsə də sahibkarlara geniş çeşiddə bank xidmətləri təqdim etməkdən məmnunluq duyarıq”, - deyə bankın İdarə Heyətinin üzvü, Korporativ biznesin inkişafı Departamentinin direktoru Zaur Rəsulov bildirib.

Bankın İdarə Heyətinin üzvü, Maliyyə Departamentinin direktoru İlqar Novruzov isə qeyd edib ki, yeni filialların açılması “Bank VTB (Azərbaycan)”ın filial şəbəkəsinin genişləndirilməsi strategiyasına əsasən həyata keçirilir. “Yaxın gələcəkdə dinamik inkişaf edən ölkəmizin bir çox bölgəsində yeni filiallar istifadəyə verməyi planlaşdırırıq”, - deyə İ. Novruzov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR