Mixail Saakaşvili barəsində iş üzrə məhkəmə dinləmələri yanvar ayına təxirə salınıb

Mixail Saakaşvili barəsində iş üzrə məhkəmə dinləmələri yanvar ayına təxirə salınıb
# 18 noyabr 2014 21:15 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Mixail Saakaşvilinin vəkili Otar Kaxidze bildirib.

“Məhkəmə dinlənməsi sabah (noyabrın 19-na-red.) baş tutmayacaq. Dinləmələr yanvar ayına təxirə salınıb”, deyə vəkil bildirib.

Xatırladaq ki, bundan əvvəl paytaxt Tiflisdə Saakaşvili tərəfdarlarının mitinqi keçirilmişdi.

Qeyd edək ki, Tiflis şəhər məhkəməsi M.Saakaşvilini xidməti səlahiyyətlərini aşmaqda ittiham edərək onun barəsində qiyabi olaraq həbs qərarı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR