İstanbulda DHKP-C terror təşkilatına qarşı əməliyyat keçirilib

İstanbulda DHKP-C terror təşkilatına qarşı əməliyyat keçirilib
# 02 aprel 2015 11:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İstanbulda DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) terror təşkilatına qarşı əməliyyat keçirilib.

APA-nın məlumatına görə, İstanbul Əmniyyət Müdirliyinin (polis idarəsi) Terrorla mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları Okmeydanında əvvəlcədən müəyyənləşdirdikləri bir sıra ünvanlara daxil olaraq bəzi şəxsləri həbs ediblər. Saxlanılan şübhəli şəxslər barədə hələlik məlumat verilmir. Əməliyyat davam etdirilir.

Xatırladaq ki, martın 31-də DHKP-C marksist-leninçi terror təşkilatının 2 üzvü İstanbuldakı Ədliyyə Sarayına daxil olaraq 14 yaşlı Berkin Əlvanın öldürülməsi ilə bağlı cinayət işinin istintaqını aparan prokuror Mehmet Səlim Kirazı girov götürüb. Prokurorun azad edilməsi üçün aparılan əməliyyat zamanı hər iki terrorçu məhv edilib, yaralanan prokuror xəstəxanada dünyasını dəyişib. Aprelin 1-də axşam isə İstanbulun Vətən prospektində yerləşən Əmniyyət Müdirliyinin binasına silahlı hücum olub. Atışma zamanı bir nəfər terrorçu qadın öldürülüb. İki polis və bir mülki şəxs isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR