40 yaşlı azərbaycanlı Odessa şəhərinin prokuroru təyin olunub

40 yaşlı azərbaycanlı Odessa şəhərinin prokuroru təyin olunub
# 12 iyul 2014 14:42 (UTC +04:00)

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu vəzifəyə Odessanın Primorsk rayon prokurorunun müavini, milliyyətcə azərbaycanlı olan Gündüz Aydın oğlu Məmmədov təyin olunub.

Ukrayna Azərbaycanlı Gənclər İttifaqından APA-ya verilən məlumata görə, Gündüz Məmmədov 26 oktyabr 1974-cü ildə Gəncə şəhərində anadan olub. Meçnikov adına Odessa Dövlət Universitetini bitirib. Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hüquq elmləri namizədi, Ukraynanın böyük ədliyyə müşaviridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR