Fevralda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2,1 mln. manata yaxın sığorta ödənişi edilib

Fevralda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2,1 mln. manata yaxın sığorta ödənişi edilib
# 03 mart 2015 08:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin fevral ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 771 sığorta tələbi üzrə 2 mln. 99,884 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bürodan “APA-Economics”ə verilən məlumata görə, ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:

Nəqliyyat vasitəsinə dəyən zərər üzrə

Əmlaka dəyən zərər üzrə

Sağlamlığa dəyən zərər üzrə

Şəxsin ölümü üzrə

Cəmi

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

1646

1870064

50

87070

62

77750

13

65000

1771

2099884

Ümumilikdə fevralda İSB tərəfindən 2 kompensasiya tələbi üzrə 4 500 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR