“AGBank” “Yay Endirimi” adlı kampaniyaya başlayıb

“AGBank” “Yay Endirimi” adlı kampaniyaya başlayıb
# 16 iyul 2014 15:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Səyahətin və əyləncənin ən qızmar çağında “AGBank” yeni kampaniyaya başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Yay Endirimi” adlı kampaniya 10 000 manatadək nağd pul kreditlərinə 5% endirim təklif edir.

3-36 ay müddətinə verilən bu kreditdən 20-65 yaş aralarında olan bütün fiziki şəxslər yararlana bilərlər (FİFD 27,70%). Digər banklarda krediti olan müştərilər üçün belə bu kampaniya keçərlidir.

Sadəcə, 30 dəqiqə vaxt sərf edərək, “AGBank”ın aşağıda göstərilən filiallarında zaminsiz,güzəştli kreditdən faydalanmaq olar:

  • 1 Saylı Ekspress Filialı: Bakı şəh., Nizami rayonu, Q.Qarayev və R.Rüstəmov prospektlərinin kəsişməsi, ev 59B (Neftçilər metrosunun yanı, McDonald`s-ın binası).
  • 2 Saylı Ekspress Filial: Bakı şəh., Yasamal rayonu, Z.Xəlilov küç. 32 (Elmlər Akademiyası metrosunun yaxınlığı).
  • Azadlıq filialı: Bakı şəh., Nəsimi rayonu Azadlıq prospekti, Bakıxanov küçəsi, ev 31, mənzil 57 (Koala Park ilə üzbəüz).
  • Sahil filialı: Bakı şəh., Səbail rayonu, Ü.Hacıbəyov küç. 27 (63D).
  • Sumqayıt filialı: Sumqayıt şəh., N.Nərimanov küç., 5-ci mikrorayon, 53A.
  • Gəncə filialı: Gəncə şəh., H. Əliyev pr. 125.
  • Şamaxı filialı: Şamaxı şəh., S.Ə. Şirvani 67.
  • Ağdaş filialı: Ağdaş şəh., H. Əliyev pr. 103.

Filialların iş rejimi bazar ertəsi-cümə günləri saat 09:00-dan 19:00-dək davam edir.

Yay kampaniyası haqqında daha geniş məlumatı bankın 7 gün 24 saat çalışan 135 nömrəli məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

Qeyd edək ki, kampaniya iyulun 31-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR