Zakir Qaralov: “Bu il 4 prokurorluq işçisi xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib”

Zakir Qaralov: “Bu il 4 prokurorluq işçisi xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib”
# 01 oktyabr 2014 07:26 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın baş prokuroru Zakir Qaralovun “Azərbaycan” qəzetinin bugünkü sayında dərc olunan yazısında bildirilib.

Yazıda qeyd olunub ki, prokurorluq işçilərinin xidməti fəallığının və məsuliyyət hissinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilib, kadrlarla iş sahəsində görülmüş tədbirlər nəticəsində tələbkarlıq daha da artıb, əmək və icra intizamına nəzarət gücləndirilib, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə və fəaliyyətlərində qanunsuzluq hallarına yol vermiş prokurorluq işçilərinə münasibətdə prinsipiallıq mövqeyindən yanaşılıb. Bu müddətdə 118 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunub. Prokurorluq orqanları üzrə 3 prokurorluq işçisinə ali xüsusi, 170 prokurorluq işçisinə isə xüsusi və hərbi rütbələr verilib. Xidməti və ya əmək intizamının tələblərini pozduğuna, yaxud digər qanunsuz hallara yol verdiklərinə görə 48 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 30 nəfərə şiddətli töhmət və töhmət verilib, 5 nəfər vəzifədən azad edilib, 4 nəfər isə prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR