“Unibank” I rübü mənfəətlə başa vurub

“Unibank” I rübü mənfəətlə başa vurub
# 23 aprel 2015 13:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank”ın aktivləri 2015-ci ilin I rübündə 961,197 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 27,74% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 26,89% artaraq 783,399 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 52,795 mln. manat təşkil edib. Ümumilikdə, vaxtı keçmiş kreditlərin kredit portfelində çəkisi 6,7%-dir.

Depozit portfeli hesabat dövrü ərzində 25,21% artaraq 525,567 mln. manata, əhalinin əmanətləri isə 476,618 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 22,59% artaraq 136,080 mln. manata çatdığı halda, nizamnamə kapitalı 19,84% azalaraq 56,565 mln. manat təşkil edib.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 4,242 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR