Bakıda 22-ci Beynəlxalq "Xəzər Neft və Qaz 2015" sərgisi keçirilir - FOTOSESSİYA

Bakıda 22-ci Beynəlxalq "Xəzər Neft və Qaz 2015" sərgisi keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 02 iyun 2015 06:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Bakıda Xəzəryanı regionunun energetika sektorunun ən böyük tədbiri sayılan 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransı başlayıb.

APA-nın məlumatına görə, tədbirin rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

Tədbirin rəsmi açılış mərasimində “İTE Group Pic” şirkətinin baş məsləhətçisi Ser Endryu Vud salamlama nitqini söyləyəcək.

Daha sonra prezident İlham Əliyev çıxış edəcək.

Mərasimdə Böyük Britaniyanın krallığının paytaxtı London şəhərinin Lord meri Alderman Alan Yarrou ölkəsinin baş naziri Devid Kemeronun salamlama məktubunu oxuyacaq. Eyni zamanda Polşa baş nazirinin müavini Yanuş Pexoçinski və İraqın neft naziri Adil Əbdülmehdi Hassan Şubber çıxış edəcəklər.

İyunun 5-də başa çatacaq sərginin təşkilatçıları “Iteca Caspian” və “ITE Group” şirkətləridir. Regionda neft-qaz sənayesinin əsas hadisəsi olan və beynəlxalq müstəvidə tanınmış platforma sayılan “Caspian Oil and Gas 2015” sərgisi 20 ildən çoxdur ki, Xəzər regionunun əsas neft-qaz layihələrini və enerji təhlükəsizliyinin təminatını müzakirə etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir. “Caspian Oil and Gas” layihəsinə Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dəstək göstərilir. “Caspian Oil and Gas” neft-qaz sərgisində 300-dən çox şirkət iştirak edir. Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyası neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanması üçün sistemlərin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və digər tematik bölmələrdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR