BMT-nin müstəqil ekspertlər qrupu Azərbaycana səfər edəcək

 BMT-nin müstəqil ekspertlər qrupu Azərbaycana səfər edəcək
# 15 avqust 2014 12:22 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. BMT-nin müstəqil ekspertlər qrupu 18-27 avqust tarixlərində Azərbaycanda biznes fəaliyyətin insan hüquqlarına olan təsirini qiymətləndirmək üçün ölkəmizə səfər edəcəklər.

“Sürətli iqtisadi artım və özəl sektorun rolunun artımını yaşayan neftlə zəngin Azərbaycan biznes sahəsində insan hüquqlarının pozulmasının qarşısının alınması və hüquqların müdafiəsi üzrə bir sıra spesifik çağırışlar və imkanlarla üzləşir”, - deyə Biznes və İnsan Hüquqları üzrə BMT-nin İşçi Qrupunun üzvlərindən biri olan Puvan Selvanatan bildirib.

Səfər çərçivəsində ekspertlər müvafiq dövlət strukturlarının, şirkətlərin, vətəndaş cəmiyyətinin, həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR