Bakının Səbail və Nyu Yorkun Bruklin rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb - FOTO

Bakının Səbail  və Nyu Yorkun Bruklin rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb - <span style="color: red;">FOTO
# 19 noyabr 2014 19:32 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə Səbail rayonunun nümayəndə heyəti ilə yanaşı, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları və Bruklindəki Azərbaycan icmasının fəal nümayəndəsi olan Mariyetta Rozental iştirak ediblər.

Görüş əsnasında Azərbaycan nümayəndə heyətini salamlayan Erik Adams 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini izləmək məqsədilə Azərbaycana səfər etdiyini və Bakının onun xatirində çox müsbət təəssüratlarla yadda qaldığını qeyd edib. E.Adams Bruklin və Səbayıl arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlar arasında təmaslara təkan verəcəyinə əmin olduğunu vurğulayıb.

Bundan sonra çıxış edən Səbayıl rayonunun icra başçısı Asif Əsgərov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və prezident İlham Əliyev tərəfindən aparılan müdrik siyasət nəticəsində böyük inkişaf yolu keçdiyini və xüsusilə son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil edilməsini qeyd edib. O, ilk Avropa Olimpiya oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini qeyd edib və həmsöhbətini adıçəkilən tədbirə dəvət edib. Bununla yanaşı, tədbir iştirakçılarına Səbail rayonu barədə və rayonda aparılan işlərlə bağlı məlumat verilib.

Daha sonra Azərbaycanın Vaşinqtondakı səfirliyinin müşaviri Məmməd Talıbov Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq barədə görüş iştirakçılarına qısa məlumat verib. Xüsusilə qeyd edilib ki, bir müddət öncə “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən Bakı-Nyu York birbaşa uçuşların açılması həm Azərbaycanın ümumi inkişafı, həm də iki ölkə arasında münasibətlərin müsbət dinamikasının göstəricisidir. Ölkəmizin, həmçinin zəngin tolerant ənənələrini qeyd edən diplomat ABŞ-da olduğu kimi Azərbaycanda da çoxsaylı etnik qrup və dini konfessiya mənsublarının əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib. Bu baxımdan, sözügedən protokolun imzalanmasının rəmzi məna daşıdığı və tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanlar yaradacağı qeyd edilib.

İkitərəfli görüşdən dərhal sonra Bruklin rayonu və Səbail rayonu arasında dostluq və əməkdaşlıq haqqında protokolun təntənəli imzalama mərasimi keçirilib. İmzalama mərasimindən sonra yerli Azərbaycan icması tərəfindən təşkil edilmiş "My Way" mədəni inkişaf mərkəzi yetirmələri milli rəqslərimizdən ibarət mədəni proqram nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR