Bosniya və Herseqovina Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib

Bosniya və Herseqovina Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib
# 19 dekabr 2014 13:07 (UTC +04:00)

APA-nın “Əl Cəzirə”yə istinadən verdiyi məlumata görə, Bosniya və Herseqovina Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Antiqa və Barbuda, Baham adaları, Barbados, Seyşel adaları, Mavriki, Saint Kitts və Nevis vətəndaşları Bosniya və Herseqovinaya vizasız səfər edə biləcəklər.

Son qərarla Bosniya və Herseqovinanın viza tətbiq etmədyi ölkələrin sayı 72-yə çatıb. Bu ölkələrin vətəndaşları viza olmadan Bosniya və Herseqovinada 90 gün qala bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR