BMT baş katibi Nemtsovun qətlindən şokda olduğunu bildirib

BMT baş katibi Nemtsovun qətlindən şokda olduğunu bildirib
# 01 mart 2015 00:38 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Qi Mun rusiyalı müxalifətçi Boris Nemtsovun qətlindən şokda olduğunu və cinayətkarların məsuliyyətə cəlb olunacağına ümid etdiyini bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

“Baş katib Boris Nemtsovun fevralın 27-də Moskvada amansızcasına qətlə yetirilməsi xəbərindən şokdadır və kədər hissi keçirir. Baş katib qətlin istintaqının başlandığını qeyd edir və cinayətkarların məsuliyyətə cəlb olunacağına ümid edir”, deyə məlumatda bildirilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR