Nazir: “Azərbaycanda 30 min hektara yaxın neftlə çirklənmiş ərazi var”

Nazir: “Azərbaycanda 30 min hektara yaxın neftlə çirklənmiş ərazi var”
# 05 iyun 2015 07:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bu gün Azərbaycanda 30 min hektara yaxın neftlə çirklənmiş ərazilər var. Bu bizim problemimiz deyil. Bu, bizim 200 il bəhrəsini görmədiyimiz prosesin nəticəsidir”. APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

H. Bağırov bildirib ki, Azərbaycan havaya istixana qazı buraxılışının 2030-cu ilə qədər 35 faiz azaltmağı öz üzərinə götürmək üçün iş aparır: “Azərbaycanda havaya adambaşına 5,4 ton karbon atılır. Ölkədə alternativ enerji məsələləri üzrə agentlik yaradılıb. Biz 2030-cu ilə 30 faiz enerjimizi yeniləşən mənbələrdən götürməyi gözləyirik”.

H. Bağırov qeyd edib ki, Azərbaycanda enerji vahidinin istehsalına yönəldilən yanacaq kəskin azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR