Azərbaycanın CAR-dakı səfiri bu ölkə Milli Kitabxanasının rəhbəri ilə görüşüb

Azərbaycanın CAR-dakı səfiri bu ölkə Milli Kitabxanasının rəhbəri ilə görüşüb
# 10 aprel 2013 10:02 (UTC +04:00)

Bakı – APA. Aprelin 9-da Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov Pretoriya şəhərində yerləşən Cənubi Afrika Milli Kitabxanasının rəhbəri, Milli Kitabxanalar Konfransının sədri Con Kvale Tsebe (John Kgwale Tsebe) ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, E. Poluxov həmsöhbətinə Azərbaycanda sürətlə gedən inkişaf prosesi, dövlət tərəfindən təhsilə, elmin inkişafına verilən diqqət, yeni nəşrlərin çıxması, ölkədə fəaliyyət göstərən kitabxanalar barədə danışıb. Azərbaycanda yeni nəşrlərin çıxmasında Heydər Əliyev Fondunun xüsusi rolunu həmsöhbətin nəzərinə çatdıran səfir, fond tərəfindən buraxılmış bir neçə kitabı Cənubi Afrika Milli Kitabxanasına hədiyyə edib.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri ətrafında da fikir mübadiləsi aparılıb.

E. Poluxov həmsöhbətinə iki ölkənin milli kitabxanaları arasında əlaqələri inkişaf etdirməyi təklif edib. C. Tsebe belə əlaqələrin hər zaman tərəfdarı olduğu və ölkələr barəsində məlumatların kitabxanalarda yerləşdirilməsi üçün bütün lazımi addımları atmağa hazır olduğunu deyib.

Görüşün sonunda C. Tsebe səfir E. Poluxovu kitabxana ilə yaxından tanış edib və bir daha kitabxanaya göstərilən marağa görə öz təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR