Azərbaycan Buşəhr əyalətində baş verən zəlzələdən sonra İrana yardım etməyib

Azərbaycan Buşəhr əyalətində baş verən zəlzələdən sonra İrana yardım etməyib
# 12 aprel 2013 09:25 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan baş nazirinin müavini Abid Şərifov bildirib.


A.Şərifov bunun səbəbini açıqlamasa da, jurnalistlərə Azərbaycanda bir neçə il əvvəl baş verən zəlzələ zamanı ölkəmizə hansı xarici dövlətlərin yardım etdiyini xatırlamağı məsləhət görüb: “Azərbaycanda zəlzələ olanda bizə hansı ölkələr yardım etdi? Biz isə hamıya yardım etmişik. Hələ 1997-ci ildə İranın Ərdəbil şəhərində zəlzələ olanda Heydər Əliyevin tapşırığı ilə İrana getdim və ölkəmizin hələ kasıb olmasına baxmayaraq, 7-8 maşın yardım apardıq. Sonrakı zəlzələlər vaxtı da kömək etmişik. Amma indi istəməzdik haradasa zəlzələ olsun ki, biz də ora kömək edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR