Yunanıstan, İtaliya və Albaniya TAP-la bağlı birgə bəyanatla çıxış edib

Yunanıstan, İtaliya və Albaniya TAP-la bağlı birgə bəyanatla çıxış edib
# 30 aprel 2015 08:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Yunanıstan, İtaliya və Albaniyadakı müvafiq tənzimləyici orqanlar Trans-Adriatik Boru Xəttinin (TAP) Avropa İttifaqı Qaz Direktivinin bəzi müddəalarından azad edilməsi vaxtının uzadılması ilə bağlı birgə bəyanatla çıxış ediblər.

APA-Economics”in xəbərinə görə, TAP-ın bu müddəalardan azad edilməsi tarixi 2020-ci ildə Avropaya qaz nəqlini həyata keçirəcək “Şahdəniz-2” layihəsinin işə düşmə tarixinə uyğun olaraq yenilənib.

Bəyanat Avropa Komissiyasının təsdiqi, o cümlədən Enerji Cəmiyyəti Katibliyinin müsbət rəyinə uyğun olaraq həyata keçirilir.

TAP-ın ticari əlaqələr üzrə direktoru Lutz Landvehr kəmərin Avropa qanunvericiliyinin bütün şərtlərinə uyğun olaraq həyata keçirildiyini bildirib. “TAP bir neçə Avropa bazarında qaz təchizatı təhlükəsizliyinə təkan verməklə yanaşı, qaz təchizatı rəqabətliliyini də gücləndirəcək”, - deyə direktor qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR