Komitə: Avropa Oyunları ilə əlaqədar hotel və restoranlarda qida standartlarına nəzarət ilə bağlı işin həcmi artıb

Komitə: Avropa Oyunları ilə əlaqədar hotel və restoranlarda qida standartlarına nəzarət ilə bağlı işin həcmi artıb
# 22 aprel 2015 09:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Avropa Oyunları ilə əlaqədar hotel və restoranlarda qida standartlarına nəzarət ilə bağlı işimizin həcmi artıb və biz bu istiqamətdə müvafiq işləri aparırıq”.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.

S.Abdullayev komitənin fəaliyyətinin əsas istiqamətlərindən birinin məhz hotel və restoranlarda qidaların standartlara uyğun olub-olmamasına nəzarət etməkdən ibarət olduğunu deyib: “Bu il Avropa Oyunları, gələn il İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcək. Bizim tərəfimizdən bu işlər mütəmadi olaraq keçirilir. Bu, o demək deyil ki, bu il Azərbaycanda Avropa Oyunları keçiriləcək deyə, bu sahədə nəzarəti gücləndirmişik. Bu bizim gündəlik işimizdir”.

İnstitutunun direktoru əlavə edib ki, yay mövsümündə tez xarab olan yeyinti məhsullarının dövriyyəsinə, satışına, istifadəsinə, bundan başqa ictimai iaşə obyektlərində satışına nəzarət gücləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR