Azərbaycan gömrükçüləri ölkəyə narkotik vasitələrin keçirilməsinin qarşısını alıb

Azərbaycan gömrükçüləri ölkəyə narkotik vasitələrin keçirilməsinin qarşısını alıb
# 24 aprel 2015 07:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrük orqanları heroin və metadon aşkar edilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Azər Babayev gömrük nəzarətindən keçərkən onun əl yükündə, 14 ədəd konfetin içərisində gizlədilmiş və xalis çəkisi 23,791 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Bundan başqa, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn İran vətəndaşı Dadvan Meşginşəhr Ali Nemət oğlu gömrük nəzarətindən keçərkən ona məxsus əl yükündə, üzərində “Salbutamol” yazısı olan şüşə butulkada, təsiredici maddəsinin xalis çəkisi 0,1 qram olan narkotik vasitə - metadon aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR