“Şaxtyor”u özbaşına tərk edən futbolçular geri qayıdıb, “Metallist”lə “Volın” isə hələ gözləyir

“Şaxtyor”u özbaşına tərk edən futbolçular geri qayıdıb, “Metallist”lə “Volın” isə hələ gözləyir
# 29 iyul 2014 08:46 (UTC +04:00)

Bakı – APA. Ukraynanın “Şaxtyor” klubunun düşərgəsini özbaşına tərk edən bütün futbolçular geri qayıdıb.

Apasport.az saytının məlumatına görə, bunu klubun baş direktoru Sergey Palkin açıqlayıb. O bildirib ki, braziliyalılar Duqlas Kosta, Dentinyo və Aleks Teyşeyranın qayıdışı gerçəkləşib.

Bu üç futbolçu, həmçinin argentinalı Fakundo Ferreyra, braziliyalı Fred və İsmaili Fransanın Ansi şəhərindəki yoxlama oyunundan sonra “Şaxtyor”un düşərgəsini tərk etmişdi. Onlar bunu Ukraynadakı durumun qeyri-sabit olması ilə əlaqələndirmişdilər. Lakin qaçanlardan üçü – Ferreyra, Fred və İsmaili bir neçə gün sonra düşərgəyə qayıtmışdı.

Futbolçuların hamısı geri dönsə də, “Şaxtyor” ölkədəki qeyri-sabitlikdən əziyyət çəkməkdədir. Belə ki, müvəqqəti Kiyevdə məskunlaşmağa məcbur olan komanda ev oyunlarını Lvovda keçirir.

Ukraynanın digər iddialı klubu Xarkov “Metallist”i və Lutsk “Volın”ında da də durum ürəkaçan deyil. Xose Sosa, Sebastyan Blanko, Alexandro Qomes və Conatan Kristaldo Xarkov təmsilçisindən özbaşına ayrılıb. Erik Bikfalvi, Ramon Lopes və Maykl Babatunde isə “Volın”dan qaçıb.

Qeyd edək ki, Ukraynada futbol mövsümü iyulun 22-də start götürüb. Həmin gün Kiyev “Dinamo”sunu 2:0 hesabı ilə məğlub edən “Şaxtyor” Superkuboku qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR