Azərbaycan yığması Yunanıstanla qarşılaşacaq

Azərbaycan yığması Yunanıstanla qarşılaşacaq
# 11 fevral 2013 13:50 (UTC +04:00)

Bakı – APA. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, komandamız Yunanıstanda əvvəl təlim-məşq toplanışı keçəcək, ardınca turnirdə qüvvəsini sınayacaq.

Belə ki, martın 4-dən 12-dək davam edəcək hazırlıqlardan sonra millimiz 4 komandalı yarışa qatılacaq. Yığmamız martın 13-dən 17-dək Xalkida şəhərində UEFA tərəfindən təşkil olunmuş “Development Tournament” turnirində mübarizə aparacaq.

Artıq millimizin turnirdəki oyunlarının təqvimi də artıq məlumdur.

14.03.2013

15:30. İsrail – Azərbaycan

15.03.2013

18:00. Azərbaycan – Yunanıstan

17.03.2013

13:15. Malta – Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR