Bakıda, Ucarda və Qubada qaz problemi olacaq

Bakıda, Ucarda və Qubada qaz problemi olacaq
# 09 aprel 2013 10:31 (UTC +04:00)

Bakı – APA-Economics. Təmir işləri ilə əlaqədar olaraq, bu gün saat 09:00-dan 18:00-dək «Quba» Qazpaylayıcı Stansiyası, saat 10:00-dan 17:00-dək «Alatava» Qazpaylayıcı Stansiyasından qidalanan «Tbilisi prospekti» orta təzyiqli qaz kəməri, saat 10:00-dan 18:00-dək isə «Ucar» Qazpaylayıcı Stansiyası və «30-cu sahə» Qazpaylayıcı Stansiyasında «Nizami ümumi» kollektorundan qidalanan Nizami-Keşlə qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

«Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Bakının Nizami, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə, eləcə də Quba və Ucar rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR