Bakıda "Hyundai" və "VAZ-2107" markalı avtomobillər toqquşub, 3 nəfər yaralanıb - FOTOSESSİYA - VİDEO

Bakıda "Hyundai" və "VAZ-2107" markalı avtomobillər  toqquşub, 3 nəfər yaralanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 oktyabr 2014 23:47 (UTC +04:00)

Bakı. Mahir Məmmədli - APA. Bakının Nizami rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. "Hyundai" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

İlkin məlumata görə, hər iki avtomobil Babək prospekti ilə "8-ci kilometr" qəsəbəsi istiqamətində hərəkət edirmiş. VAZ-2107 prospektdən sağa - məhəlləarası küçəyə dönən vaxt sağ tərəflə hərəkət edən yük maşını onu vurub. Nəticədə VAZ-2107-nin sürücüsü Anar Bayramov və iki sərnişini xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR