“ABB-Moskva” irihəcmli sindikatlaşdırılmış kredit üzrə ödəməni vaxtında yerinə yetirib

“ABB-Moskva” irihəcmli sindikatlaşdırılmış kredit üzrə ödəməni vaxtında yerinə yetirib
# 21 noyabr 2014 07:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə şirkəti olan ABB-Moskva kreditorlar qarşısında öhdəliklərini uğurla yerinə yetirib.

Azərbaycan Beynəlxalq Bankının Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “ABB-Moskva” bivalyutalı sindikatlaşdırılmış kredit üzrə 21,5 mln. avro və 8,33 mln. ABŞ dolları həcmində ödəmələri vaxtında yerinə yetirib.

Vəsait Raiffeisen Bank International AG, BayernLB, Baltikums Bank AS, və Rusiyanın “Rayffayzenbank” və “Rosbank” bankları tərəfindən verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR