BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sessiyasında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşib

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sessiyasında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşib
# 03 dekabr 2014 16:10 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 60-cı sessiyasında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 9-27 fevral 2015-ci il tarixlərində BMT-nin Cenevrə ofisində keçiriləcək 60-cı sessiyasında Azərbaycan hökumətinin beşinci dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə təsdiq edilib:


Nümayəndə heyətinin başçısı:

Hicran Hüseynova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Nümayəndə heyətinin üzvləri:

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
Natiq Məmmədov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Yusif Yusifov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini
Xaqani Rzayev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsinin müdiri.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR