Riqa sammitində qəbul olunacaq birgə bəyanatda “dondurulmuş” münaqişələrin həlli məsələsi də əksini tapacaq

Riqa sammitində qəbul olunacaq birgə bəyanatda  “dondurulmuş” münaqişələrin həlli məsələsi də əksini tapacaq
# 19 may 2015 12:53 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) adının çəkilməsini istəməyən rəsmi nümayəndəsi jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, “dondurulmuş” münaqişələrin həlli məsələsi Riqa sammitində qəbul olunacaq birgə bəyanatda öz əksini tapacaq: “Avropa İttifaqı üçün bütün regionda münaqişələrin həlli, stabilliyin təmin edilməsi ən vacib məsələlərdəndir. Dağlıq Qarabağ münaqişəsi nəinki bizi narahat edir, biz həm də münaqişənin həllinə çalışırıq. “Şərq Tərəfdaşlığı”na üzv ölkələrdə “dondurulmuş” münaqişələrin həlli ilə bağlı məsələ Riqa sammitində qəbul olunacaq birgə bəyanatda öz əksini tapacaq”.

Aİ nümayəndəsi onu da əlavə edib ki, Riqa sammitində ümumilikdə Aİ ilə “Şərq Tərəfdaşlığı”na üzv ölkələr arasında daha sıx əlaqələrin qurulması, üzv ölkələrlə bağlı siyasətin müəyyənləşdirilməsi prioritet məsələlərdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR