«Akkord» Korporasiyası TANAP-ın tikintisinə qoşula bilər

«Akkord» Korporasiyası TANAP-ın tikintisinə qoşula bilər
# 08 aprel 2013 08:13 (UTC +04:00)

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ötən həftə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC və Türkiyənin «Yüksəl İnşaat Anonim» şirkəti arasında TANAP layihəsi ilə bağlı görüş keçirilib. Görüşdə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası»nın Direktorlar Şurasının sədri, baş direktor Xaqani Quluzadə, Direktorlar Şurasının sədr müavini Suat Çalbıyık, İdarə Heyətinin sədri Göksəl Aybek, İdarə Heyəti sədrinin müavini Elçin Bədəlov və İdarə Heyətinin üzvü Fariz Cəmili, «Yüksəl İnşaat Anonim» şirkətindən isə Müşahidə Şurasının üzvü Cihan Candəmir, icraçı direktorun müavini Cüneyt Qaracasu və qrup müdiri Həsən Naili Musabəyli iştirak ediblər.

Görüşdə əsas TANAP layihəsi olmaqla, digər irihəcmli layihələrdə birgə əməkdaşlıqla bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR