“İnsan alverinə qarşı mübarizə” ayına həsr olunmuş yekun tədbir keçirilib

“İnsan alverinə qarşı mübarizə” ayına həsr olunmuş yekun tədbir keçirilib
# 07 iyun 2012 10:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Daxili İşlər Nazirliyi (DİN), beynəlxalq təşkilatlar və insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərin təşəbbüsü ilə həyata keçirilən “İnsan alverinə qarşı mübarizə” ayına həsr olunmuş yekun tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti Əlövsət Əliyev “İnsan alverinə qarşı mübarizə” ayı çərçivəsində görülən işlər, onların məqsədi və bu işlərdə yaxından iştirak edən QHT-lər və beynəlxalq təşkilatlar haqqında qonaqlara məlumat verib. DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Şahin Qocayev insan alverinə qarşı mübarizədə DİN-nin beynəlxalq təşkilatlar və QHT-lərlə əməkdaşlığı və bu sahədəki uğurlar barədə danışıb.

ATƏT-in Bakı Ofisinin rəhbərinin müavini xanım Melissa Stone və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanda Nümayəndəliyinin rəhbər əvəzi cənab Serhan Aktoprak isə insan alverinə qarşı mübarizə sahəsində ATƏT-in və BMT-nin Azərbaycan Nümayəndəliyinin fəaliyyəti barədə qısa xülasə ilə çıxış edib.

Tədbirdə həmçinin “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin vəziyyəti barədə” hazırladığı alternativ hesabatı təqdim edilib.

Sonda insan alverinə qarşı mübarizə sahəsində aktiv fəaliyyətinə görə kütləvi informasiya vasitələri və jurnalistlər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

Diplomla təltif olunanlar arasında “APA Group”a daxil olan vesti.az saytının əməkdaşı Ramella İbrahimxəlilova da olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR