Bu ilin 9 ayında ətraf mühiti çirkləndirənlərə qarşı 2004 akt və 628 protokol tərtib edilib

Bu ilin 9 ayında ətraf mühiti çirkləndirənlərə qarşı 2004 akt və 628 protokol tərtib edilib
# 19 oktyabr 2012 07:48 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu ilin 9 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2004 akt və 628 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 855 icrası məcburi olan göstəriş verilib.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 607 iş üzrə 5403528.1 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 433 iş üzrə 876547.91 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə idarə və müəssisələrə 4158 iş üzrə 874887.57 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 138 işdən 29-na, icra qruplarına göndərilmiş 403 işdən 198-nə, məhkəmələrə göndərilmiş 169 işdən 90-na baxılaraq müvafiq tədbirlər görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR