Dow Jones indeksi 0,4%, S&P 500 0,2% yüksəlib, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,2% yüksəlib, Nasdaq 0,3% enib
# 20 fevral 2012 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 950 bəndədək, S&P 500 0,2% - 1 361 bəndədək yüksəlib, Nasdaq 0,3% - 2 952 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına daxili statistika təsir edib. Belə ki, yanvar ayında illik inflyasiya 2,9% təşkil edib ki, bu da analoji dekabr göstəricisindən 0,1 bənd aşağıdır.

Avropa fond bazarlarında fevralın 17-də FTSE 100 indeksi 0,3% - 5 905 bəndədək, Almaniya DAX-ı 1,4% - 6 848 bəndədək, Fransa CAC-40-ı 1,4% - 3 440 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 737,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3211 (+1,4%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR