CAR İrandan neft idxalını davam etdirəcəyini açıqlayıb

CAR İrandan neft idxalını davam etdirəcəyini açıqlayıb
# 25 iyul 2012 08:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “Cənub Afrika Respublikası (CAR) İrandan neft almaqda davam edəcək”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu bəyanatla CAR-ın energetika naziri Dipo Piters çıxış edib. Onun sözlərinə görə, İrandan xam neft idxalının dayandırılması ölkəsini çətin vəziyyətdə qoya bilər: “Çünki CAR-ın əsas neftayırma zavodları İran nefti ilə işləyir.
Xam neftə olan tələbatımızın 26 faizini İrandan alırıq və bu neftin 80 faizi nəqliyyat vasitələrinin yanacağına sərf olunur”. D. Piters deyib ki, ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalar öz qərarları olmadığı üçün ona əməl etməyəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR