Gəncə sakinindən 4 kiloqramdan çox narkotik vasitə götürülüb

Gəncə sakinindən 4 kiloqramdan çox narkotik vasitə götürülüb
# 04 avqust 2012 11:51 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə şəhərində xeyli miqdarda narkotik vasitə aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən məlumatına görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ədalət Talıbovdan 6,17 qram, evinə baxış zamanı isə 4 kiloqram 105 qram marixuana aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR