Fransada bir gündə 150-dən artıq etiraz aksiyası keçirilib

Fransada bir gündə 150-dən artıq etiraz aksiyası keçirilib
# 29 fevral 2012 20:57 (UTC +04:00)
Bakı-APA. Fransa sakinləri fevralın 29-da ölkənin müxtəlif şəhərlərində 160-dək nümayiş keçirərək hökumətin təklif etdiyi sərt büdcə qənaəti tədbirlərinə qarşı çıxıblar.

Parisdə orta hesabla 8-15 min arası insan küçələrə çıxıb. Etiraz aksiyaları Avropa Həmkarlar ittifaqı konfederasiyasının çağırışı ilə Avropa Birliyinin Brüssel sammiti öncəsi keçirilib.

Fransız etirazçılar dövlət başçılarından qərarlar qəbul edilərkən sosial aspektləri nəzərə almağı, Fransa hökumətindən isə fransız ictimai modelini saxlamağı tələb edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR