GUAM katibliyində Azərbaycanda keçiriləcək “Eurovision” müsabiqəsi və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatına hazırlıq məsələləri müzakirə olunub

GUAM katibliyində Azərbaycanda keçiriləcək “Eurovision” müsabiqəsi və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatına hazırlıq məsələləri müzakirə olunub
# 13 aprel 2012 15:41 (UTC +04:00)
APA-nın xəbərinə görə, görüşdə tərəflər milli və beynəlxalq səviyyədə təlimlərin keçirilməsi, başqa ölkələrdə fövqəladə halların aradan qaldırılmasında iştirak, eləcə də üzv ölkələrdə keçiriləcək kütləvi tədbirlərə, o cümlədən Azərbaycandakı “Eurovision” və Ukraynada futbol üzrə Avropa çempionatına hazırlıq məsələləri ilə bağlı informasiya mübadiləsi aparıblar.

Fövqəladə hallar üzrə işçi qrup terror təhlükələrinin qarşısının alınması və onların mümkün nəticələrinin aradan qaldırılması sahəsində birgə fəaliyyət, eləcə də kimyəvi, bakterioloji və radioloji (nüvə) terrorçuluğa qarşı GUAM çərçivəsində əməkdaşlığa başlamaq üçün GUAM-ın terrorçuluq, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizə üzrə işçi qrupunun təkliflərini dəstəkləyib.

İclasına yekunları əsasında protokol imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR