Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd Maya Pancikidze: “Rusiya ilə diplomatik münasibətləri bərpa etmək mümkün deyil”

Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd Maya Pancikidze: “Rusiya ilə diplomatik münasibətləri bərpa etmək mümkün deyil”
# 10 oktyabr 2012 12:50 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri postuna namizəd Maya Pancikidze jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, Rusiya Gürcüstan ərazilərinin 20%-ni işğal edib, Abxaziya və Cənubi Osetiya bölgələrini müstəqil dövlət kimi tanıyıb.

Qeyd edək ki, M. Pancikidze parlament seçkilərində qalib gəlmiş “Gürcü Arzusu” koalisiyasının mətbuat sözçüsüdür. O, koalisiyanın lideri Bidzina İvanişvili tərəfindən xarici işlər naziri vəzifəsinə təqdim olunub. M. Pancikidzenin namizədliyi yeni parlamentin toplantısında təsdiqlənəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR