Dow Jones indeksi 1,1%, S&P 500 0,9%, Nasdaq 1,3% enib

Dow Jones indeksi 1,1%, S&P 500 0,9%, Nasdaq 1,3% enib
# 05 noyabr 2012 06:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 13 093 bəndədək, S&P 500 0,9% - 1 414 bəndədək, Nasdaq 1,3% - 2 982 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə əmək bazarı barədə statistika təsir edib. Belə ki, oktyabr ayında ölkənin qeyri-aqrar sahələrində 171 min yeni iş yerləri açılıb, ümumi işsizlik səviyyəsi isə 7,8%-dən 7,9%-dək artıb.

Avropa fond bazarlarında noyabrın 2-də FTSE 100 indeksi 0,1% - 5 869 bəndədək, Almaniya DAX-ı 0,01% - 7 336 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,1% - 3 471 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,0% azalaraq 1 675,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2832 (-0,8%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR