Dow Jones indeksi 0,1%, S&P 500 0,1% enib, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1% enib, Nasdaq 0,4% yüksəlib
# 06 aprel 2012 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 060 bəndədək, S&P 500 0,1% - 1 398 bəndədək enib, Nasdaq 0,4% - 3 081 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına həm daxili, həm xarici amillər təsir edib. Belə ki, işsizlik üzrə ilkin müraciətlərin sayının ötən həftə ərzində azalması bazara müsbət, İspaniya və Fransanın dövlət istiqrazlarının gəlirliyinin artması və bunun investorlar arasında Avrozonada borc böhranın yenidən kəskinləşməsinin əlaməti kimi qəbul edilməsi isə bazara mənfi təsir göstərib.

Avropa fond bazarlarında aprelin 5-də FTSE 100 indeksi 0,4% - 5 724 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 6 775 bəndədək enib, Fransa CAC-40-ı 0,2% - 3 320 bəndədək yüksəliib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 630,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3067 (-0,6%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR