ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin: “Azərbaycanın beynəlxalq arenada çox mühüm yeri var”

ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin: “Azərbaycanın beynəlxalq arenada çox mühüm yeri var”
# 15 may 2012 13:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu ABŞ Administrasiyasının rəsmi təmsilçisi, dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin bildirib.

E. Rubinin sözlərinə görə, ABŞ təyyarələri Azərbaycan üzərindən Əfqanıstana minlərlə tranzit uçuşları edir, ölkənin yerüstü yollarından vacib yüklər daşınır.

«Azərbaycanın beynəlxalq arenada çox mühüm yeri var. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Təhlükəsizlik Şurasında qloabal təhlükəsizlik məsələlərinə öz bağlılığını artıq nümayiş etdirib və prezident İlham Əliyevin Şuranın xüsusi iclasına gəlməsini məmnuniyyətlə qeyd edirik», - deyə E. Rubin əlavə edib.

Təhlükəsizlik məsələlərində Dağlıq Qarabağ münaqişəsinin həllinin ABŞ üçün prioritet məsələ olduğunu deyən E. Rubinin sözlərinə görə, Birləşmiş Ştatlar rəhbərliyi məsələnin sülh yolu ilə ədalətli həllini vacib sayır: «Birləşmiş Ştatlar 20 ildir, davam edən bu problemin həllində ATƏT-in həmsədrlərinə və tərəflər arasındakı danışıqlar prosesinə yaxından kömək göstərmək əzmindədir. Biz inanırıq ki, sülh mümkündür və vacibdir. İnanırıq ki, Azərbaycan hakimiyyəti bunu istəyir. Tərəflərin istəyi və siyasi iradəsi ilə biz indiki qəbuledilməz status-kvodan çıxa, regionda daha təhlükəsiz gələcəyə doğru gedə bilərik. Qarşıdakı illərdə bu bizim üçün prioritet məsələ olacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR